Məqsədimiz Türkiyə və Azərbaycan arasında qüvvətli bir körpü qurmaqdır

Səfər Qaraqoyunlu: "Azərbaycanı qarşılıqsız sevən, "mən
azərbaycanlıyam, Azərbaycan türküyəm" deyən hər kəsin fəaliyyəti
dəstəklənməlidir"
"Qarabağ problemi əslində təkcə Azərbaycanın deyil, bütün
türklərin problemidir" 
Azərbaycanın qardaş Türkiyədə tanıdılması yönümündə fəaliyyət göstərən diaspor
qurumlarından biri də Türkiyə Azərbaycan Dostluq və Dayanışma Platformudur. Bu
işdə qurumun qurucusu və sədri Səfər Qaraqoyunlunun xidmətləri danılmazdır. Qeyd
edək ki, S.Qaraqoyunlu həm də Azərbaycan Mədəniyyət Evinin qurucusu və sədridir.
Kars Ardahan İğdır iş adamları (KAİSİAD) birliyinin sədr müavini olub.
Hal-hazırda İstanbul-Türkiyə-Azərbaycan Dərnəyinin sədridir.-Sə 

   -Səfər bəy, öncə sizi tanıyaq. Kimdi Səfər Qaraqoyunlu?


  
- Qısaca onu deyirm ki, mən İğdırın Qaraqoyunlu rayonundanam.
Ailəmin bir hissəsi Azərbaycandan, bir hissəsi isə 1915-ci illərdə İrəvandan
erməni soyqırımına məruz qaldığı üçün İğdıra köçmək məcburiyyətində qalıblar.
Diaspor işlərindən əlavə eyni zamanda İstanbulda sürücülük məktəblərim var,
müəlliməm.

   - İstanbul-Türkiyə-Azərbaycan dərnəyi yeni yaranan
qurumlardandır. Məqsəd nəydi bu dərnəyi yaratmaqda?

  
- Məqsədimiz
Türkiyə və Azərbaycan arasında qüvvətli bir körpü qurmaq, dostluq və həmrəyliyi
gücləndirməkdən ibarətdir. Təşkilatımızın vəzifəsi Azərbaycan türkləriylə
Azərbaycandan köçərək, başda Türkiyə olmaqla dünyanın müxtəlif ölkələrində
yaşayan Azərbaycan türklərinin sosial, mədəni, iqtisadi, siyasi, təhsil və elm
məsələlərini müəyyən formalarda həyata keçirməkdir. Təşkilatımız qaçqın kimi və
yaxud başqa səbəblərlə Türkiyədə yaşayan Azərbaycan türklərinin Türkiyədəki türk
cəmiyyətilə daha yaxşı dialoq qurmasına, Türkiyədəki sosial həyata adaptasiya
olmasına, iş yerləri və yaşayış yeri ilə təmin olunmasına, vətəndaşlıq və təhsil
problemlərinin həll olunmasına yardım göstərir. Bundan əlavə, biz Türkiyədə
yaşayan azərbaycanlılar arasında dostluq və mehribanlığın daima var olamsı üçün
də əlimizdən gələni edirik. Qeyd etməliyəm ki, təşkilatımız Türkiyə-Azərbaycan
arasında dostluq, qardaşlıq və həmrəylik bağlarının möhkəmlənməsi üçün əlindən
gələni əsirgəmir.
Haberin Devamı Ektedir...


1641 kez okundu

Yorumlar

Henüz yorum yapılmamış. İlk yorumu yapmak için tıklayın
Ziyaret Bilgileri
Aktif Ziyaretçi1
Bugün Toplam32
Toplam Ziyaret292400
Döviz Bilgileri
AlışSatış
Dolar13.469313.5233
Euro15.383215.4449
Hava Durumu
Saat
Takvim