Dövlət başçısının prinsipial məsələlərə dair qətiyyətli mövqeyi bütün iştirakçılar üçün qürurverici oldu. Bu nitq məsuliyyətimizi daha da artırdı.

İstanbul, 16 iyun, AZƏRTAC 

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının IV Qurultayındakı nitqi hansı ölkədə yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar, o cümlədən Azərbaycanı sevənlər üçün əsl fəaliyyət proqramıdır. Dövlət başçısının prinsipial məsələlərə dair qətiyyətli mövqeyi bütün iştirakçılar üçün qürurverici oldu. Bu nitq məsuliyyətimizi daha da artırdı.

Bu fikirləri İstanbuldakı Azərbaycan-Türkiyə Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu qurultayla bağlı təəssüratlarını AZƏRTAC-la bölüşərkən deyib. “Bu qurultay əvvəlkilərdən nə ilə fərqləndi” sualını cavablandıran S.Qaraqoyunlu deyib: “Əlbəttə, IV qurultayda əvvəlkilərin davamı olaraq dünya azərbaycanlılarının ölkəmiz və xalqımız ətrafında daha sıx birləşməsi üçün daha konkret məsələlər müzakirə edildi və tarixi qərarlar qəbul olundu. Bu qərarlar xaricdə ölkəmizi təmsil edən hər bir azərbaycanlı qarşısında konkret vəzifələr qoyur”.

İSTAD-ın sədri Prezident İlham Əliyevin Sərəncamı ilə layiq görüldüyü “Tərəqqi” medalında Azərbaycan uğrunda çalışan hər bir şəxsin payı olduğunu diqqətə çatdırıb. Yüksək təltifə görə dövlətimizin başçısına təşəkkür edən S.Qaraqoyunlu deyib ki, bu, Türkiyədə Azərbaycanı ləyaqətlə təmsil edən hər kəsin əməyinə verilən qiymətdir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul



456 kez okundu

Yorumlar

Henüz yorum yapılmamış. İlk yorumu yapmak için tıklayın
Ziyaret Bilgileri
Aktif Ziyaretçi1
Bugün Toplam24
Toplam Ziyaret292683
Döviz Bilgileri
AlışSatış
Dolar13.375213.4288
Euro15.140015.2007
Hava Durumu
Saat
Takvim