Röportaj : Vusale Abbasova 1918-ci ildə Bakının erməni-bolşevik işğalından azad edilməsi üçün mücadilə aparan və canını fəda edən türkiyəli qardaşlarımız da olub. Nuri Paşanın (Killigil) komandanlığı altında Qafqaz İslam Ordusunun sıralarında döyüşənlərdən biri də Hüseyin Özkösəli idi. "Report"un Türkiyə bürosu bu dəfə İstanbulun Pendik səmtində 64 illik ömür-gün yoldaşı Faizə xanımla birgə yaşayan H.Özkəsəlinin oğlu İhsan Özkösəlinin qonağı olub. - Sizin üçün ağır olsa da, atanızın və ailənizin üzləşdiyi çətinliklər barədə qısaca məlumat verərdiniz... - Atam Nuri Paşanın komandanlığı altındakı Qafqaz İslam Ordusunda əsas hərbçilərdən biri olub. Hesab edirəm ki, atamın başı çox böyük bəlalar çəkib. Çünki çox gənc yaşda dünyasını dəyişib. Onunla bağlı günlərlə danışacaq xatirələrimin olmasını istəyərdim. Hüseyin bəy Nuri Paşanın komandanlığı altında Ərzurumdan, Soğanlıqdan və Allahuəkbər dağlarından keçdikdən sonra Azərbaycan ərazisinə daxil olur, xüsusilə Bakının azad edilməsi uğrunda mücadilədə böyük fədakarlıq göstərib. Qızğın döyüşlər zamanı bomba qəlpələri onun çənəsini ağır yaralayır, üçdə bir hissəsi demək olar zədələnir. Bu səbəbdən 9 ay xətəxanada müalicə alır və bir az yaxşılaşandan sonra ayağa qalxır. Ancaq Nuri Paşanın komandanlığı altındakı ordudan artıq əsər-əlamət qalmadığını görür. Onlardan kimisi Türkiyəyə dönmüş, kimisi İrana keçmiş, kimisi də həlak olmuşdu. Atam da Azərbaycanda qalmağa qərar verir və Ağdaş rayonuna gəlir. Bir müddət burada yaşadıqdan sonra iki əsgər yoldaşı ilə birgə Sadavat kəndinə köçür və orada anamla tanış olaraq evlənir. Anamın adı Yaxşı idi. Bundan sonra Şamsavat, daha sonra isə Xosrov kəndinə köçürük. Mənim 6 yaşıma qədər Xosrov kəndində yaşamışıq. - - Bəs bu illər ərzində heç Azərbaycana getmisinizmi? - Həmişə Azərbaycan həsrəti ilə alışıb yanmışam. Hər gün yuxularımda Ağdaşa getmişəm və bu gün də gedirəm. Atam, anam və orada bizə doğmalarımızdan da yaxın olan qonşularımız yuxularıma tez-tez girirlər. Bir ara hər şey yoluna düşəndən sonra Azərbaycana səfər etməyə, doğmalarımı tapmağa qərar vermişdim. Hətta biletlərimizi belə aldım. Ancaq ürəyimdə əməliyyat aparıldı. 2015-ci ildə İstanbul Azərbaycan Dərnəyinin rəhbəri Səfər Qaraqoyunlu 75 ildən sonra məni Azərbaycana apardı. Mən də təyyarədən düşən kimi Azərbaycan torpağını öpdüm, öpdüm, ağladım. İçimdə olan dağ boyda həsrətə azacıq da olsa bir sərinlik gəlmişdi. Azərbaycan havasını ciyərlərimə çəkəndə ğöz yaşlarım sel oldu... İnanın ki, Azərbaycanda keçirdiyim hisslərimi sözlərlə ifadə edə bilmirəm. Dayanmadan ağlayırdım. Əvvəlcə Şəhidlər xiyabanına getdim, orada Bakını erməni-bolşevik işğalından azad edilməsi zamanı şəhid olmuş türk əsgərlərinin şərəfinə ucaldılmış abidəni ziyarət etdim. Onların hamısı atamın yaxın dostları idi. Bundan sonra məni Ağdaş rayonuna da apardılar. Son olaraq çıxdığım Xosrov kəndinə getdim. Qapıdan içəri girəndə bir yaşlı qadın “İhsan, İhsan sənmi gəldin” deyib məni qucaqlayıb ağladı. O, anamın əmisi qızı idi. Onunla uşaq vaxtı oyun oynayırdıq. Məni unutmadığına çox təəccübləndim. O qədər əvəzolunmaz hislər yaşdım ki, sözlə ifadə edə bilmirəm. Kimi soruşdum, hamısının vəfat etdiyini dedilər. Mən paramparça olmuş bir həyat yaşamışam. Kəndə bir yol, kənarında su arxı, yanında da bizim evimiz var idi. Həmin evlər zamanla sökülüb və artıq su arxı da yoxdur. Ancaq doğulduğum kəndə gedə bilmədim. Ağdaşın Sadavat kəndində anamın yaxınları, doğmaları yaşayırdı. Biz tez-tez həmin kəndə gedirdik, onlar bizə gəlirdi. Yəqin ki, indi də orada qohumlarım yaşayır. İnşallah, səhətim düzəlsin, həmin kənddəki yaxınlarımı da tapacağam. Ən böyük arzum təkrar Azərbaycana getmək və doğma torpaqlara bir daha ayaq basmaqdır. Bu dəfə Allah nəsib etsə, həyat yoldaşımı da aparacağam. Bizim orada tanımadığımız qohumlarımızdan başqa heç kimimiz yoxdur. Ona görə də onlara qovuşmağı o qədər çox istəyirəm ki... Allah cansağlığı versin, mütləq gedəcəyəm, mütləq...
75 Yıllık hasret son buldu
75 yıldır birbirine hasret olan iki akraba sonunda görüşerek birbirlerine kavuştular.
Azerbaycan’ın Ağdaş Şehri Husrov köyü de iki akraba İhsan ve Sakine İstanbul Türkiye Azerbaycan derneği başkanı Sefer Karakoyunlu’nun girişimi ile bir araya gelme şansını yakaladı.Dernek üyeleri ile Azerbaycan’a bir gezi düzenleyen Karakoyunlu, 75 yıldır birbirine hasret iki akrabayı Kafkas İslam Ordusu Askerlerinden Hüseyin efendinin oğlu İhsan Özköseli ‘yi (81) ve dayısı kızı Sakine’ yi(85) 75 yıl sonra akrabalarına kavuşturdu.
Olay, Nuri Paşa’nın komutasında olan Azerbaycanlı asker Hüseyin Efendi Bakû kuşatmasında alt çenesine isabet eden bir şarapnel parçası sonucunda ağır yaralanır ve Gazi olur. Daha sonra Ağdaş Reyonu Husrov köyüne yerleşir orada evlenir iki çocuğu olur bu arada Azerbaycan Bağımsızlığını kaybeder. Rus işgali altında olan Azerbaycan topraklarında Ruslar rahat vermez Hüseyin efendiye. Hüseyin Efendi Türkiye’ye göç etmeye karar verir iki çocuğu(İhsan (6) Kemal( 10) yaşındadır) ve hanımını alarak son trenle Kars’a göç eder.Bura da yaşarlar. Daha sonra bir türlü iyileşmeyen Hüseyin Efendi rahmetlik olur peşi sıra büyük oğlu Kemal’de rahmetlik olur. İhsan bey ve annesi yıllarca hayat mücadelesi verir kıt kanat şartlarla hayata tutuna İhsan Bey okuyup banka müdürü olur. Köyüne akrabalarına gitmek isteyen İhsan Bey anasının ısrarı üzerine yıllarca bu seyahati erteler evin tek oğlu olan İhsan Bey annesinin sağlığında bir türlü köyüne gidemez. Annesi rahmetlik olduktan sonra köyüne gitmek ister bu sefer sağlık sebepleri izin vermez. Bugüne kadar devam eder gelir.
Sefer Karakoyunlu ,”Konu Derneğimize iletildiğinde bizim içinde kutsal olan bu görevi yapmak için Kurucularımıza danıştım ve bu kavuşmaya sebep olacağımızdan dolayı çok mutlu olduk ayrıca kardeş Derneğimiz yöneticileri Sayın İlham İsmailov ve İlgar İlkin bey’in bu buluşmada çok emeği oldu. İlk kez bu kadar hasret dolu bir tabloya şahitlik ettik. İki akraba yıllar sonra bir araya geldi. Sakine hanım İhsan beyi tanıdı ilk işi ölen ağabeyisi Kemal’i sormak oldu.Bu geziye katılan ve emeği geçen tüm üyelerimize ve Kardeş derneğimiz Atxem’e sonsuz teşekkür ediyorum”dedi.
İSTAD- TANITIM VİDEOLARI
Azerbaycan Gezisi-2013
Azerbaycan Gezisi-2014
İSTAD tarafından düzenlenen"Soykırım YalanıRevan Gerçeği"konferansı TRT AVAZ
19 Mayıs gençlik ve spor bayramı ve 28 Mayıs Azerbaycan Halk cumhuriyeti Kutlamaları bir ara gerçekleştirildi...2016
Canımızla bağiıyız Bu Toprağa bu ele...ıralanıp dağ gibi verelim, gel, el ele.